Polis avtomobilinə od vuran tələbə SAXLANILDI – 20 il həbs TƏHLÜKƏSİ – VİDEObackend

Polis avtomobilinə od vuran tələbə SAXLANILDI – 20 il həbs TƏHLÜKƏSİ – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyada 19 yaşlı tələbə polis avtomobilini yandırmağa görə 20 ilədək həbs cəzası ala bilər.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

Rusiyanın Barnaul şəhərində Penza şəhərindən olan 19 yaşlı tələbə dələduzların təsiri ilə polis idarəsinin yaxınlığında xidməti avtomobili yandırıb.

Məlumata görə, gənc messencer vasitəsilə naməlum şəxslərlə yazışıb. Onlar özlərini xüsusi xidmət orqanlarına kömək edən şəxslər kimi təqdim edərək onu avtomobili yandırmağa razı salıblar.

Avtomobildə baş verən yanğın söndürülüb, şübhəli isə saxlanılıb.

Hadisə ilə bağlı cinayət işi açılıb. Gənci 20 ilədək həbs cəzası gözləyə bilər.

Xuraman Etibarlı

İnterpress.az