Tramp: “Paris çox tezliklə müsəlman şəhərinə çevriləcək” – VİDEObackend

Tramp: “Paris çox tezliklə müsəlman şəhərinə çevriləcək” – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Paris çox keçmədən müsəlman şəhərinə çevriləcək.

İnterpress.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Trampın açıqlaması yayılıb.

ABŞ Prezidenti Donald Tramp Fransa Prezidenti Emmanuel Makronun miqrasiya siyasətini tənqid edərək, Parisin yaxın gələcəkdə “müsəlman şəhərinə çevriləcəyini” iddia edib.

Tramp bildirib ki, Makrona dəfələrlə sərhədləri bağlamağın vacibliyini deyib.

Onun sözlərinə görə, Avropa sərhədlərini bağlamasa və iğtişaşlarda iştirak edənlər də daxil olmaqla, cinayət törədən şəxslərə qarşı tədbir görməsə, qitə ciddi problemlərlə üzləşəcək.

ABŞ lideri Avropanın sərhədlərini bağlaması fikrini son on ildə dəfələrlə səsləndirdiyini vurğulayıb.

“Mən uzun müddətdir Emmanuel Makrona deyirəm: Fransada böyük bir səhv edirsiniz.

Siz dünyanın hər yerindən insanların ölkənizə gəlməsinə icazə verirsiniz. Sözün əsl mənasında bütün dünya ora gəlirdi.

Bildiyiniz kimi, Paris çox tezliklə müsəlman şəhərinə çevriləcək. Amma biz razılaşdığımız bu deyildi. Qətiyyən yox.

Mən Emmanuelə dedim ki, sərhədlərini bağlamalıdır. Problem onun sərhədləridir.

Əgər Avropa sərhədlərini bağlamasa və iğtişaşlarda iştirak edənlər kimi cinayətkarlardan qurtulmasa, Avropa bitəcək.

Avropa sərhədlərini bağlamalıdır. Mən bunu on ildir deyirəm”, – Tramp deyib.

Xuraman Etibarlı

İnterpress.az