Kim Çen Inin komaya düşməsi və ölümü barədə xəbərlərdən sonra Şimali Koreya liderinin fotoları yayılıb.
İnterpress.az xəbər verir ki, bu barədə Şimali Koreyanın rəsmi KCNA agentliyinin yaydığı məlumatlara istinadən xəbər verilib.
Şimali Koreya lideri Kim Çen In ölkədə keçirilən geyim və ayaqqabı sərgisində iştirak edib. Bazar ertəsi yayılan fotolarda onun uşaq ayaqqabılarına və qadın paltolarına baxdığı görünür.
Fotolar Britaniyanın “The Sun” tabloidinin Kim Çen Inin komaya düşməsi və Pekində təcili tibbi yardım aldıqdan sonra vəfat etməsi barədə iddialarının yayılmasından bir neçə saat sonra ortaya çıxıb.
Bununla belə, görüntülərin həqiqiliyi müstəqil mənbələr tərəfindən təsdiqlənməyib və onların nə vaxt çəkildiyi də məlum deyil.
Buna görə də fotolar Kim Çen Inin səhhəti ilə bağlı yayılan məlumatların təkzibi kimi qəti şəkildə qiymətləndirilə bilməz.
Xuraman Etibarlı
İnterpress.az






