Keniyada dini təriqət rəhbəri 191 nəfərin ölümündə TƏQSİRLİ BİLİNDİbackend

Keniyada dini təriqət rəhbəri 191 nəfərin ölümündə TƏQSİRLİ BİLİNDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Pastor Keniyada bir kultun bir hissəsi olaraq 191 nəfəri qətlə yetirməkdə günahkar bilinib.

İnterpress.az xəbər verir ki, bu barədə “People Daily” nəşri məlumat yayıb.

Keniyada “Good News International Church” dini təşkilatına rəhbərlik etmiş təbliğatçı Pol Makkenzi 191 nəfərin ölümü ilə bağlı təqsirli bilinib. Qurbanların əksəriyyətinin uşaqlar olduğu bildirilir.

Məlumata görə, Makkenzi tərəfdarlarını İsa Məsihlə görüşəcəklərinə inandıraraq yeməkdən və tibbi yardımdan imtina etməyə təşviq edib.

Onun təsiri altında bəzi valideynlərin uşaqlarını da aclığa məcbur etdiyi qeyd olunur.

Şakahola meşəsində kütləvi məzarlıqlar 2023-cü ilin aprelində aşkarlanıb.

Axtarışlar zamanı 400-dən çox şəxsin qalıqları çıxarılıb. Makkenzi saxlanılıb.

Xuraman Etibarlı

İnterpress.az