Məşhur alman bəstəkar Ralf Ziegel komadan çıxıb.
İnterpress.az xəbər verir ki, bu barədə “BUNTE” jurnalı məlumat yayıb.
Alman bəstəkar və musiqi prodüseri Ralf Ziegel yenidən xəstəxanaya yerləşdirilib.
81 yaşlı musiqiçinin ötən həftə komada olduğu, hazırda isə müstəqil nəfəs ala bildiyi bildirilir. Onun həyat yoldaşı Laura və qızı Alana yanındadır.
Bu, bəstəkarın son bir neçə ayda ikinci dəfə xəstəxanaya yerləşdirilməsidir. O, iyul ayında ağır pnevmoniya səbəbindən süni komaya salınmışdı.
Daha sonra Ziegel “BILD” nəşrinə komada olarkən onu bağladıqları, işgəncə verdikləri və öldürdükləri ilə bağlı kabuslar gördüyünü danışmışdı.
Ralf Ziegel Almaniyada çoxsaylı hit mahnıların müəllifi kimi tanınır. Onun bəstələdiyi “Bir az sülh” mahnısı Almaniyaya 1982-ci ildə “Avroviziya” mahnı müsabiqəsində qələbə qazandırıb.
O, həmçinin “Dschinghis Khan” qrupunun məşhur “Moskau” mahnısının musiqisini yazıb.
Xuraman Etibarlı
İnterpress.az






