Müsəlmanları və Qafqaz sakinlərini təhqir edən gənc CƏZALANDIRILDI – VİDEObackend

Müsəlmanları və Qafqaz sakinlərini təhqir edən gənc CƏZALANDIRILDI – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Samara şəhərində müsəlmanları və Qafqaz sakinlərini təhqir edən gənc cəzalandırılıb.

İnterpress.az xəbər verir ki, bu barədə Dağıstan mediası məlumat yayıb.

Rusiyanın Samara şəhərində müsəlmanları və Qafqazdan olan insanları təhqir edən gənc barəsində tədbir görülüb.

Məlumata görə, o, bəyənmə və diqqət qazanmaq məqsədilə dəfələrlə canlı yayımlar açaraq bu qrupların ünvanına təhqiramiz ifadələr işlədib.

Bildirilib ki, vətəndaşlar həmin yayımların qeydlərini polisə və aidiyyəti qurumlara təqdim etməyə hazırlaşırlar. Məqsəd gəncin çıxışlarına hüquqi qiymət verilməsidir.

Gəncin təhqir və söyüşlər olan videosunu etik qaydalara uyğun olmadığı üçün paylaşmırıq.

Xuraman Etibarlı

İnterpress.az