Çeçenistanda Adam Kadırovun silahlı dəstə yaratması barədə məlumat təkzib edilib.
İnterpress.az xəbər verir ki, bu barədə TASS agentliyi məlumat yayıb.
Çeçenistanda Adam Kadırovun güc strukturu yaratması barədə yayılan məlumatlar təkzib olunub.
Regionun milli siyasət, xarici əlaqələr, mətbuat və informasiya naziri, hökumət sədrinin müavini Vahidov bildirib ki, mediada istinad edilən sosial şəbəkə hesabı rəsmi informasiya mənbəyi deyil.
Onun sözlərinə görə, həmin səhifədə paylaşılan məlumatların xarakteri hesabın fərdi şəxs tərəfindən idarə olunduğunu ehtimal etməyə əsas verir.
Xuraman Etibarlı
İnterpress.az






