“Reuters”: Rusiya reaktiv dron bazasını cəmi altı həftəyə tikibbackend

“Reuters”: Rusiya reaktiv dron bazasını cəmi altı həftəyə tikib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Rostov vilayətində reaktiv dronların buraxılması üçün bazanı altı həftəyə tikib.

İnterpress.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi peyk görüntülərinə istinadən məlumat yayıb.

Planet Labs və Airbus şirkətlərinin təqdim etdiyi peyk görüntülərinə görə, Rostov vilayətində yeni obyektin tikintisi sentyabrın 1-də başlayıb.

Avqustun 31-də ərazidə boş sahə olduğu halda, oktyabrın 14-nə qədər burada təxminən 126 futbol meydançası böyüklüyündə kompleks formalaşıb.

Təxminən 0,9 kvadratkilometr ərazini əhatə edən obyekt Rusiyanın “Millerovo” aviabazasından təxminən 3,5 kilometr məsafədə yerləşir.

DroneSec şirkətinin qiymətləndirməsinə görə, yeni dron buraxılış məntəqəsi aviabazada yerləşən hava hücumundan müdafiə sistemlərinin əhatə dairəsində ola bilər.

DroneSec-in təsisçisi və baş direktoru Monnik peyk görüntülərinə əsasən, kompleksin Rusiyanın “Geran-4” və “Geran-5” adlı yeni reaktiv dronlarının buraxılması üçün nəzərdə tutula biləcəyini bildirib.

Onun sözlərinə görə, obyektin tikintisi demək olar ki, başa çatıb və bazanın tam fəaliyyətə başlamasına bir neçə həftə, hətta daha az vaxt qala bilər.

Analitik hesab edir ki, kompleks 24 saat ərzində 100 və ya daha çox reaktiv dronun buraxılmasını təmin edə bilər.

Xuraman Etibarlı

İnterpress.az