Volqoqradda əkiz körpələrin ÖLÜMÜ: Bastrıkin işlə bağlı məruzə TƏLƏB ETDİbackend

Volqoqradda əkiz körpələrin ÖLÜMÜ: Bastrıkin işlə bağlı məruzə TƏLƏB ETDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyada yeni doğulan əkizlərin ölümü ilə bağlı iş yenidən araşdırılacaq.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsi məlumat yayıb.

Rusiya İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkin Volqoqradda yeni doğulan iki körpənin ölümü ilə bağlı müraciətin araşdırılması barədə məruzə hazırlanmasını tapşırıb.

Körpələrin anası hamiləlik dövründə ona lazımi tibbi yardım göstərilmədiyini və həkimlərin təhlükəli infeksiyanı vaxtında aşkarlamadığını iddia edir.

Qadının sözlərinə görə, bu vəziyyət vaxtından əvvəl doğuşa və körpələrin ölümünə səbəb olub, onun öz həyatını da təhlükəyə atıb.

Məlumata görə, hadisə ilə bağlı yoxlama hazırda polis tərəfindən aparılır. İş ehtiyatsızlıqdan sağlamlığa ağır zərər vurma əlamətləri üzrə araşdırılır.

İstintaq Komitəsinin Volqoqrad vilayəti üzrə idarəsi iş materiallarının yenidən qurumun icraatına qaytarılması üçün müraciət edib.

Bastrıkin regional idarənin rəhbəri Vasili Semyonova qadının müraciətindəki iddialar və iş materiallarının geri qaytarılması ilə bağlı vəsatətin nəticələri barədə məruzə etməyi tapşırıb.

Hadisənin dəqiq səbəbləri ilə bağlı yekun nəticə hələ açıqlanmayıb.

Xuraman Etibarlı

İnterpress.az