Sankt-Peterburqun Leninqrad adlandırılması təklif olunur.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
Rusiya Dövlət Dumasının deputatları Sankt-Peterburq şəhərinin adının Leninqrad olaraq dəyişdirilməsini təklif ediblər.
Təşəbbüsə əsasən, ad dəyişikliyinin bir il ərzində həyata keçirilməsi nəzərdə tutulur.
Məlumata görə, Volqoqradın Stalinqrad adlandırılması təklifi vaxtaşırı gündəmə gəlsə də, Sankt-Peterburqun Leninqrad adlandırılması təşəbbüsü Dövlət Dumasında ilk dəfə səsləndirilib.
Xuraman Etibarlı
İnterpress.az






