Erməni bloqer cəzaçəkmə müəssisəsində DƏRZİ İŞLƏYİRbackend

Erməni bloqer cəzaçəkmə müəssisəsində DƏRZİ İŞLƏYİR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Arsen Markaryan koloniyada özünə uyğun forma tikmək üçün dərzi işləyir.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

Bloqer Arsen Markaryan Rusiyanın Torjok şəhərində yerləşən 4 saylı cəzaçəkmə müəssisəsində cəza çəkir.

Məlumata görə, onun bədən ölçülərinə uyğun məhbus forması tapılmadığından iki dəstdən istifadə etməklə özünə uyğun geyim tikməli olub.

Markaryan təcridxanaya 137,5 kiloqram çəki ilə daxil olub. Bildirilir ki, 22 gün yalnız su qəbul etdikdən sonra çəkisi 109 kiloqrama düşüb, daha sonra 120 kiloqrama yüksəlib.

Məhbuslar onu bədən quruluşuna və yerişinə görə “Ağ ayı” ləqəbi ilə çağırırlar.

O, həbsdə də idmanla məşğul olur: 100 kiloqram ağırlığı 12 dəfə qaldırdığını, paralel qollarda məşq etdiyini və qarın əzələlərini inkişaf etdirməyə başladığını deyir.

Bloqer 4,5 illik həbs müddətini kompüter qarşısında keçirdiyi vaxtla müqayisə edib.

Xuraman Etibarlı

İnterpress.az