San Pauloda aşmış yük maşını iki avtomobili əzib, iki nəfər ağır yaralanıb.
İnterpress.az xəbər verir ki, bu barədə Braziliya mediası məlumat yayıb.
Braziliyanın San Paulo şəhərində mişar yonqarı daşıyan yük maşını aşıb və dayanacaqda park edilmiş iki avtomobilin üzərinə düşüb.
Qəza nəticəsində avtomobillərdən birində olan iki nəfər maşında sıxılıb qalıb. Onlar ağır vəziyyətdə xəstəxanaya çatdırılıblar.
Xuraman Etibarlı
İnterpress.az






