Moskvada sistem inzibatçısı iş yerindən 5 noutbuk və 51 dok-stansiya oğurlayıb.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
Kostromadan olan sistem inzibatçısı Moskvada işlədiyi ofisin anbarından iki ay ərzində mütəmadi olaraq kompüter avadanlıqları oğurlayıb.
O, hər dəfə anbarın 24.15 nömrəli otağına daxil olaraq özü ilə bir noutbuk və ya dok-stansiya aparıb.
Məlumata görə, kişi ümumilikdə 5 noutbuk və 51 dok-stansiya oğurlayıb. Şirkətə dəyən maddi zərər 2,22 milyon rubl (təxminən 47 min manat) təşkil edib.
Şübhəli saxlanılarkən oğurlanmış cihazlardan biri ondan götürülüb. Digər avadanlıqları isə satmağa nail olub.
Xuraman Etibarlı
İnterpress.az






