İşə gecikdiyinə görə çıxarılan işçi məhkəmədə 19 min manat TƏZMİNAT QAZANDIbackend

İşə gecikdiyinə görə çıxarılan işçi məhkəmədə 19 min manat TƏZMİNAT QAZANDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Peterburqlu işçi gecikmələrə görə işdən çıxarılmasına görə 900 min rubl təzminat alıb.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

Sankt-Peterburqda Anatoli adlı elektromontyor işə mütəmadi olaraq 40 dəqiqə gecikdiyi, əmək intizamını pozduğu və sənədlərin saxlanması ilə bağlı problemlərə yol verdiyi üçün işdən çıxarılıb.

Bununla razılaşmayan kişi məhkəməyə müraciət edib. Məhkəmə araşdırması zamanı məlum olub ki, o, bundan əvvəl dörd il ərzində işində ciddi iradlarla üzləşməyib.

Nəticədə işdən çıxarılma verilmiş pozuntularla müqayisədə qeyri-mütənasib hesab edilib.

Məhkəmənin qərarı ilə Anatoli əvvəlki vəzifəsinə bərpa olunub, işəgötürən isə ona 900 min rubl (təxminən 19 min manat) təzminat ödəməli olub.

Şirkət qərardan kassasiya qaydasında şikayət etsə də, nəticə əldə edə bilməyib.

Xuraman Etibarlı

İnterpress.az