Serbiyada “Allahu əkbər” deyərək polisə hücum edən yeniyetmə ÖLDÜRÜLDÜbackend

Serbiyada “Allahu əkbər” deyərək polisə hücum edən yeniyetmə ÖLDÜRÜLDÜ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Serbiyada İsrail səfirliyinin yaxınlığında polisə hücum edən yeniyetmə güllələnib.

İnterpress.az xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri İvitsa Daçiç məlumat verib.

Belqradda İsrail səfirliyinin yaxınlığında naməlum şəxs polis əməkdaşına hücum edib.

Hücum edən şəxsin “Allahu əkbər” deyə qışqırdığı və polisə iki bıçaqla hücum etdiyi bildirilir.

Hadisə zamanı polis əməkdaşı ona hücum edən şəxsi güllələyib.

Daxili işlər naziri hücum edən şəxsin yetkinlik yaşına çatmadığını bildirib.

Xuraman Etibarlı

İnterpress.az