Rusiyada hərbi bileti olmayan çağırış yaşındakı kişilərə xarici pasport verilməyə bilər.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin materiallarında qeyd olunub.
Materiallarda bildirilir ki, xarici pasportun rəsmiləşdirilməsi üçün sənədlərin qəbulu mərhələsində imtina üçün bir neçə əsas mövcuddur.
Bu əsaslardan biri də çağırış yaşında olan şəxsin hərbi biletinin olmamasıdır.
Beləliklə, müvafiq kateqoriyaya daxil olan kişilərin hərbi bileti olmadıqda, onların xarici pasport üçün sənədləri qəbul edilməyə bilər.
Xuraman Etibarlı
İnterpress.az






