Qadın ərini sosial şəbəkələrdəki izləmələrinə görə ÖLDÜRDÜ – VİDEObackend

Qadın ərini sosial şəbəkələrdəki izləmələrinə görə ÖLDÜRDÜ – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Braziliyada qadın ərini sosial şəbəkələrdəki izləmələrinə görə bıçaqlayaraq öldürüb.

İnterpress.az xəbər verir ki, bu barədə xarici media məlumat yayıb.

Braziliyada qadın ərini sosial şəbəkələrdəki fəaliyyəti və digər qadınları izləməsi səbəbindən bıçaqlayaraq öldürüb.

Məlumata görə, qadın ərini divara sıxaraq onun sosial şəbəkələrdəki izləmələri ilə bağlı mübahisə etməyə başlayıb.

Sözlü mübahisə qısa zamanda əlbəyaxa davaya çevrilib. Kişi həyat yoldaşına zərbə endirdikdən sonra qadın onun sinəsinə bıçaq saplayıb.

Ağır yaralanan kişi yerə yıxılmadan əvvəl baş barmağını yuxarı qaldırıb. O, bir qədər sonra həyatını itirib.

Xuraman Etibarlı

İnterpress.az