Tomsk vilayətində ayı hücumuna məruz qaldığı ehtimal edilən kişinin meyiti tapılıb.
İnterpress.az xəbər verir ki, bu barədə TASS agentliyi məlumat yayıb.
Rusiyanın Tomsk vilayətində 62 yaşlı kişinin meyiti çoxsaylı xəsarətlərlə aşkarlanıb.
Əməliyyat xidmətlərindən bildirilib ki, xəsarətlər ayı hücumu nəticəsində yarana biləcək zədələrə xarakterikdir.
Hadisənin dəqiq şəraiti və kişinin hansı ərazidə hücuma məruz qaldığı barədə əlavə məlumat verilməyib.
Xuraman Etibarlı
İnterpress.az






