Banqkokun mərkəzində yanğın nəticəsində azı 79 ev külə dönüb.
İnterpress.az xəbər verir ki, bu barədə “Bangkok Post” qəzeti məlumat yayıb.
Tailandın paytaxtı Banqkokun mərkəzində baş verən güclü yanğın nəticəsində azı 79 ev yanaraq yararsız hala düşüb.
Qəzetin məlumatına görə, sıx tikililərin olduğu ərazidə alov qısa müddətdə geniş sahəyə yayılıb.
Hadisə nəticəsində ölən və xəsarət alan olmayıb. Həmçinin itkin düşən şəxslər barədə məlumat verilməyib.
Xuraman Etibarlı
İnterpress.az






