Neuralink implantı olan xəstə əlil arabasını düşüncə gücü ilə idarə etməyi sınaqdan keçirir.
İnterpress.az xəbər verir ki, bu barədə xarici media məlumat yayıb.
Neuralink beyin implantı daşıyan Ceyk Şnayder düşüncə gücü ilə elektrikli əlil arabasını idarə etmək texnologiyasını sınaqdan keçirməyə başlayıb.
P7 iştirakçısı kimi tanınan Şnayder amiotrofik lateral skleroz (ALS) xəstəliyi səbəbindən əlil arabasının idarəetmə pultundan istifadə etmək imkanını itirib.
İndi isə beyin implantı onun hərəkət etmək niyyəti ilə əlaqəli siqnalları oxuyur və bu siqnalları əlil arabası üçün idarəetmə əmrlərinə çevirir.
Beləliklə, xəstə fiziki olaraq coystikdən istifadə etmədən arabaya istiqamət verməyi sınaqdan keçirir.
Xuraman Etibarlı
İnterpress.az






