Solikamsk Maqnezium Zavodunun keçmiş ortaq sahibi Fransadan siyasi sığınacaq istəyib.
İnterpress.az xəbər verir ki, bu barədə “Vedomosti” nəşri məlumat yayıb.
Solikamsk Maqnezium Zavodunun keçmiş ortaq sahibi İqor Pestrikov Fransadan siyasi sığınacaq istəyib.
O, Rusiyada 250 milyon rublun mənimsənilməsinin təşkili və daha 2,5 milyard rublun mənimsənilməsinə cəhd ittihamları üzrə qiyabi məhkum edilib.
İş adamı həmçinin zavodun Direktorlar Şurasının keçmiş sədri Qutinə qarşı Böyük Britaniya məhkəməsində iddia qaldırıb.
Pestrikov məhkəməyə müraciətində özünü qaçqın kimi təqdim edib. Lakin onun siyasi sığınacaqla bağlı müraciətinə hələ baxılmayıb.
Xuraman Etibarlı
İnterpress.az






