Qazaxıstanda hərbçilərin ölümü ilə bağlı 8 nəfər HƏBS EDİLDİbackend

Qazaxıstanda hərbçilərin ölümü ilə bağlı 8 nəfər HƏBS EDİLDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qazaxıstanda hərbi təlimlər zamanı hərbçilərin ölümü ilə bağlı həbs olunanların sayı 8-ə çatıb.

İnterpress.az xəbər verir ki, bu barədə Qazaxıstan Baş Prokurorluğu məlumat yayıb.

Məlumata görə, hərbi təlimlər zamanı hərbçilərin həlak olması ilə bağlı aparılan cinayət işi çərçivəsində ümumilikdə 8 nəfər barəsində həbs qətimkan tədbiri seçilib.

Baş Prokurorluq bildirib ki, hadisənin bütün hallarının araşdırılması istiqamətində istintaq tədbirləri davam etdirilir.

Araşdırmanın yaxın vaxtlarda yekunlaşdırılması və iş üzrə istintaqın başa çatdırılması gözlənilir.

Xuraman Etibarlı

İnterpress.az