Rusiyanın Sverdlovsk vilayətində güclü külək məktəbin damını uçurub.
İnterpress.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Hadisə səhər saatlarında Pışma qəsəbəsində baş verib. Güclü külək yerli məktəbin dam örtüyünü qopararaq havaya qaldırıb.
Böyük metal örtük parçaları havada uçaraq ətrafa səpələnib.
Qeyd edək ki, məktəb binası 1974-cü ildə inşa edilib. Hazırda prokurorluq hadisə ilə bağlı araşdırma aparır.
Xuraman Etibarlı
İnterpress.az






