Türkiyə ilə İraq Kürd Regional Rəhbərliyi arasında təhlükəsizlik məsələləri müzakirə olunub.
İnterpress.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Türkiyənin Antaliya şəhərində Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri İbrahim Kalın ilə İraq Kürd Regional Rəhbərliyinin (İKRR) başçısı Neçirvan Bərzani arasında görüş keçirilib.
Tərəflər regiondakı təhlükəsizlik vəziyyətini, terrorizmlə birgə mübarizəni və çoxtərəfli əməkdaşlıq perspektivlərini ətraflı müzakirə ediblər.
Görüşdə çıxış edən Kalın Türkiyənin İraqın sabitliyinə, rifahına və təhlükəsizliyinə xüsusi strateji önəm verdiyini vurğulayıb.
MİT rəhbəri bölgədə dayanıqlı sülhün təmin olunması üçün Ankara, Bağdad və Ərbil arasında sıx dialoq və koordinasiyanın açar rol oynadığını bildirib.
Qeyd edək ki, bundan əvvəl Türkiyənin milli müdafiə naziri Yaşar Gülər də Bərzani ilə görüşmüşdü.
Xuraman Etibarlı
İnterpress.az






