Qlobal peyk şəbəkəsi yaratmaq istəyən “Amazon”un 40 peyki kosmosa çatmayıb.
İnterpress.az xəbər verir ki, bu barədə ABŞ mediası məlumat yayıb.
İlon Maskın rəqibi sayılan “United Launch Alliance” şirkətinə məxsus “Vulcan Centaur” raketi startdan 10 dəqiqə sonra partlayıb.
Nəticədə “Amazon” şirkətinin orbitə çıxmalı olan 40 ədəd peyki məhv olub.
Həmin rabitə peykləri şirkətin xüsusi internet şəbəkəsini qurmaq və Maskın “Starlink” layihəsinə rəqabət yaratmaq məqsədi daşıyırdı.
İlkin ehtimala görə, partlayışa raketin yuxarı pilləsində yaranmış nasazlıq səbəb olub.
Baş verən qəza “Amazon”un “Leo” qlobal şəbəkəsini planlaşdırılan vaxtda istifadəyə vermə layihəsini çətinliyə sala bilər.
Qeyd edək ki, şirkət layihə çərçivəsində orbitə ümumilikdə 3300-ə yaxın peyk çıxarmağı hədəfləyir.
Xuraman Etibarlı
İnterpress.az






