Argentinada qapıçı futbol tarixinin ən gülməli avtoqoluna imza atıb.
İnterpress.az xəbər verir ki, bu barədə xarici idman mediası məlumat yayıb.
Argentinanın “Komunikasiones” klubunun qapıçısı futbol dünyasında nadir rast gəlinən ən kuryoz qollardan birini öz qapısına vurub.
Qolkiper əlcəklərinə həddindən artıq tüpürdüyü üçün top sanki əlinə yapışıb və nəticədə gözlənilməz vəziyyət yaranıb.
Topu əli ilə irəli, komanda yoldaşına tullamaq istəyən qapıçının əlindən vaxtında çıxmayan top arxaya doğru istiqamətlənərək öz qapısının toruna daxil olub.
Hadisənin əks olunduğu kadrlar sosial şəbəkələrdə sürətlə yayılaraq futbol azarkeşlərinin böyük marağına və gülüşünə səbəb olub.
Xuraman Etibarlı
İnterpress.az






