Moskvada gənc qız biznes-klass yaşayış kompleksinin pəncərəsindən düşüb.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.
Moskvanın şimalında yerləşən “Layner” biznes-klass yaşayış kompleksinin pəncərəsindən gənc qız yerə düşüb.
Səhər saatlarında qışqırıq səsi eşidən yoldan keçən vətəndaşlar qızın yerdə hərəkətsiz qaldığını görüblər. Hadisə şahidləri qızın pəncərədən qəsdən atılmış ola biləcəyini iddia ediblər.
Həkimlər yaralını hadisə yerində təxminən 40 dəqiqə reanimasiya etdikdən sonra kritik vəziyyətdə xəstəxanaya çatdırıblar.
Xuraman Etibarlı
İnterpress.az






