İnterpress.az xəbər verir ki, bunu Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru Qurban Yetirmişli bu gün keçirdiyi mətbuat konfransında deyib.
Onun sözlərinə görə, proses alman mütəxəssislərlə birgə aparılacaq:
\”Proses Almaniyanın geoloji təşkilatı ilə birgə aparılacaq və iki il ərzində davam edəcək. Bununla bağlı yekun danışıqlar sentyabrın 19-21-də Almaniyada olacaq və bundan sonra nə zamandan prosesə başlayacağımıza qərar verəcəyik\”.
Q.Yetirmişli deyib ki, Respublika Seysmoloji Xidmət Mərkəzi Bakıda tikilən bütün yeni hündürmərtəbəli binalara, eləcə də digər sənaye əhəmiyyətli tikintilərə əvvəlcədən ərazinin seysmikliyi barədə rəy verir: \”Bundan sonra Fövqəladə Hallar Nazirliyi tikintiyə ciddi nəzarət edir. Ümumiyyətlə, binalar 9 ballıq zəlzələyə hesablanaraq tikilir”.
İnterpress.az