Azərbaycan-Türkiyə hərbi təlimində qəza – VİDEO – YENİLƏNİBbackend

Azərbaycan-Türkiyə hərbi təlimində qəza – VİDEO – YENİLƏNİB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanla Türkiyə arasında illik hərbi əməkdaşlıq planına əsasən \”TurAz Şahini 2015\” təlimində baş verən qəzada 2 pilot şəhid olub. Şəhid olan pilotların adları açıqlanmayıb.

“Azərbaycan Hərbi Hava Qüvvələrinin heyəti Konyada keçirilən təlimdə tam tərkibdə iştirak edir, onlarla bağlı heç bir problem yoxdur”.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən Türkiyəyə məxsus hərbi təyyarənin Konyada qəzaya uğraması barədə məlumatlara münasibət bildirilərkən deyilib.

Qəzaya uğramış təyyarənin Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin birgə təlimlərinin iştirakçısı olub-olmadığına dair isə dəqiqləşdirmələr aparıldığı bildirilib.

Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı Əskişəhərdən təlim uçuşu keçirmək üçün havaya qalxan “F4 E 2020” təyyarəsinin Konya ərazisində naməlum səbəbdən qəzaya uğradığını açıqlayıb. Nəticədə 2 pilot həlak olub. Olayın səbəbləri araşdırılır.

Məlumatda qəzaya uğrayan təyyarənin Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin Konyada keçirilən birgə təlimlərinin iştirakçısı olub-olmadığı barədə heç nə deyilmir.

Xatırladaq ki, Azərbaycanla Türkiyə arasında illik hərbi əməkdaşlıq planına əsasən “TurAz Şahini 2015” təlimləri başlayıb.

Təlimlərdə Azərbaycan və Türkiyə ilə yanaşı, bir sıra ölkələrin Hərbi Hava Qüvvələrinin vasitələri müştərək fəaliyyətlərin planlaşdırılması, əməliyyatların keçirilməsi üzrə qarşılıqlı fəaliyyət və döyüş uzlaşması imkanlarının öyrənilməsi, o cümlədən axtarış-xilasetmə və digər tapşırıqları yerinə yetiriləcəklər.

Təlimlər aprelin 13-dək davam edəcək.

12:35
***

İnterpress.az xəbər verir ki, Konyadakı hərbi aerodromda səhər saatlarında başlayan təlimdə yerli vaxtla 9.50-də (11.50) Konya-Aksaray avtomagistralının 22 kimlometrliyində F-4 təyyarəsi yerə düşüb. Hadisə yerinə xilasedici heyət göndərilib.

Pilotların taleyi barədə heç bir məlumat yoxdur.


İnterpress.az