Rayonun Çayqaraqoyunlu kənd sakinlərinin polisə etdikləri şikayət əsasında həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində kəndin “Pəri” qəbiristanlığından qəbir daşlarının kənarlarına çəkilmiş dəmir barmaqlıqları oğurlayanların Mingəçevir şəhər sakinləri – 1967-ci il təvəllüdlü Davud Ələmşah oğlu Quliyev və 1988-ci il təvəllüdlü Faiq Elbrus oğlu Qasımovun olmaları müəyyən edilib.
Keçirilmiş əməliyyat tədbirləri nəticəsində həmin şəxslər Mingəçevir şəhəri ərazisində tutularaq istintaqa təhvil veriliblər. Araşdırmalar zamanı müəyyən edilib ki, onlar sözügedən qəbiristanlıqdan 20-ə yaxın qəbir daşlarının kənarına quraşdırılmış dəmir barmaqlıqları oğurlayıblar.
Faktla bağlı araşdırma aparılır. (apa)
İnterpress.az