Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov saytımıza açıqlamasında bildirib ki, yayılan məlumatlar həqiqəti əks etdirmir:
“İnsanlar sosial şəbəkədə yayılan hər məlumata inanmasın. Ora nazirliyin rəsmi saytı deyil. Prezidentin “Azərbaycan Respublikasında \”Bilik günü\”nün təsis edilməsi və təhsil müəssisələrində iş rejiminin tənzimlənməsi haqqında” 21 avqust 2004-cü il tarixli 114 nömrəli fərmanı ilə 15 sentyabr “Bilik günü” elan edilib və respublikanın bütün təhsil müəssisələrində dərslərin sentyabrın 15-dən başlanması müəyyən edilib. Fərman olduğu kimi qalıb, dəyişiklik yoxdur. Dərs ili sentyabrın 15-i başlayacaq” . ( musavat.com )
İnterpress.az