FHN Binəqədiki binada yanğınla bağlı məlumat yayıbbackend

FHN Binəqədiki binada yanğınla bağlı məlumat yayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, yanğın binanın 15-ci mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 96m² olan 3 otaqlı mənzilin mətbəxində qeydə alınıb.

Hadisə nəticəsində mətbəxdə olan paltaryuyan maşın və mətbəx mebeli 1 m² sahədə yanıb. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 20:21-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Qeyd edək ki, bu binada ötən il mayın 19-da faciə ilə nəticələnən yanğın baş vermişdi.

İnterpress.az