Azay Quliyev ATƏT PA nümayəndələri ilə birgə Ərdoğanla görüşübbackend

Azay Quliyev ATƏT PA nümayəndələri ilə birgə Ərdoğanla görüşüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Nümayəndə heyətinin tərkibinəATƏT Parlament Assambleyasının vitse-prezidenti, Azərbaycan Milli Məclisin deputatı, Azay Quliyev də daxildir.

Modern.az xəbər verir ki, səfər iyulun 15-də Türkiyədə hərbi çevrilişə cəhd nəticəsində yaranmış vəziyyətlə tanış olmaq məqsədilə həyata keçirilir.

Nümayəndə heyəti Türkiyə Cümhuriyyətinin rəhbərləri ilə görüşür.

ATƏT PA-nın sədri Kristine Muttonenin başçılığı ilə qurumun nümayəndə heyəti artıq Türkiyə prezidernti R.T.Ərdoğanla görüşüb. Görüşdə Türkiyədəki vəziyyət müzakirə olunub.

Nümayəndə heyətinin Türkiyə Böyük Millət Məclisinin sədri İsmayıl Qəhrəman, Baş nazir Binali Yıldırım, xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşləri də nəzərdə tutulub.

Qurumun təmsilçiləri, həmçinin Türkiyə Böyük Millət Məclisində təmsil olunan siyasi partiya rəhbərləri və deputatları ilə görüşlər keçirəcək, qarşılıqlı maraq doğuran məsələlər barədə fikir mübadiləsi aparacaqlar. Daha sonra Türkiyənin aparıcı mətbuat nümayəndələri, qeyri-hökumət təşkilatları və Türkiyədə akkreditə olunmuş diplomatik korpusun rəhbərləri ilə görüşlər keçiriləcək.

Səfər avqustun 19-da başa çatacaq.

İnterpress.az