“Rusiyaya düşmən deyib çox şeyi itirdik”backend

“Rusiyaya düşmən deyib çox şeyi itirdik”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az Rus mediasına istinadən xəbər verir ki, prezidentliyə namizədin bu fikirləri geniş müzakirəyə səbəb olub. Onun sözlərinə görə, ölkə Rusiyaya düşmən gözü ilə baxdığı üçün bir çox şeyi itirdi.

“İndi düşmən axtarmaq lazım deyil, bizim ən vacib məqsədlərimizdən biri iqtisadiyyat və ticarət sahəsində tərəfdaşlar axtarmaqdır.
Gəlin unutmayaq ki, Rusiya nəhəng ticarət obtektidir” – bunu jurnalistlərə açıqlamasında Radev bildirib.

O qeyd edib ki, ölkə prezidenti Rosen Plevnelievin Rusiyada II Dünya müharibəsinin qələbəsi ilə bağlı keçirilən 70 illik yubileyi şərəfinə keçiriləcək paradda iştirak etməməsi səhv addımdır. Xatırladaq ki, bundan əvvəl general Rumen Radev Bolqarıstan Hava qüvvələri Komandiri olaraq vəzifəsində çalışırdı. Radevin müdafiə nazirliyi ilə fikir ayrılıqları onun istefasına səbəb olub.. Daha sonra o Bolqarıstan Sosial Partiyası tərəfindən bu il 6 noyabrda Bolqarıstanda keçirilməsi planlaşdırılan seçkilərdə prezidentliyə namizədliyi irəli sürülüb və qeydə alınıb.

İnterpress.az