Həcc ziyarətinə ən çox zəvvar göndərən ölkələr – SİYAHIbackend

Həcc ziyarətinə ən çox zəvvar göndərən ölkələr – SİYAHI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu addım ötən il Həcc ziyarəti zamanı Məkkə şəhərində yüzlərlə zəvvarın ölümü ilə nəticələnən sıxlıqdan sonra atılıb. Ərazidə təhlükəsizliyi gücləndirmək və genişlətmə işləri aparıldığı üçün bütün ölkələr üzrə kvota sayı azaldılıb. Bu ölkələr arasında Azərbaycan da var.

Belə ki, 2015-ci ildə Səudiyyə Ərəbistanından 2400 nəfərlik kvota alan Azərbaycan bu il müqəddəs şəhərlərə yalnız 1050 zəvvar göndərə biləcək.

Digət tərəfdən isə iranlı zəvvarlar bu il Həcc ziyarətinə gedə biləməyəcək. Ər-Riyadla Tehran arasında münasibətlər ötən il 400 iranlı zəvvarın Həcc zamanı ölməsindən sonra pisləşib.

Bu il iki ölkənin dini idarə rəhbəri arasında aparılan danışıqlarda kvotanın miqdarı müəyyən olunmalı idi. Lakin aparılan danışıqlarda lazımi nəticə alınmadığından İran bu il Məkkə və Mədinəyə zəvvar göndərməyəcək.

Hər il 2 milyon müsəlman Həcc ziyarətinə gedərək “Hacı” adı qazanırdı. Bu il onların sayı 1,5 milyondan bir az çox olacaq.

Modern.az saytı 2016-cı ildə Həcc kvotası alan ölkələrin siyahısını təqdim edir.

İndoneziya – 168 800
Pakistan – 143 368
Hindistan – 136 200
Banqladeş – 60 028
Türkiyə – 59 200
Malaziya – 44 500
ABŞ – 19 680
Rusiya – 16 400
Fillipin – 8000
Özbəkistan 5 200
Qazaxıstan – 4985
Azərbaycan – 1050
Fələstin – 1000
Gürcüstan – 516

İnterpress.az