Ərdoğanın heykəlini alan yoxdurbackend

Ərdoğanın heykəlini alan yoxdur

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kocaeli şəhərində insan və heyvan heykəlləri düzəldən 55 yaşlı heykəltaraş Nuh Açın bir bələdiyyədən təxminən 2 ay öncə heykəlin sifarişini alıb. Emalatxanada bir aylıq işdən sonra sağ əlinin işarət barmağı ilə irəlini göstərən heykəl hazır olsa da, bələdiyyə sifariş etdiyi heykəllə maraqlanmayıb.

N.Açın 2 ton ağırlığında və 4 metr hündürülüyündə olan heykəli emalatxananın önündə bir yerə qoyub. Bələdiyyə maraqlanmasa da, yoldan keçənlər prezidentin abidəsi ilə xatirə şəkli çəkdirmək üçün hər gün sıraya düzülürlər.

Heykəltəraş isə sifarişin hansı bələdiyyə tərəfindən verildiyini açıqlamayıb.

“Heykəli tamamlayandan sonra çevrilişə cəhd oldu və ölkə qarışdı. Hamımız bundan çox məyus olduq. Bu hadisələrdən sonra heykəl məndə qaldı. Heç itirib-axtaran olmadı. Cümhurbaşqanımızın heykəlini almadılar. Heykəli emalatxananın önünə qoydum. Amma fotoşəkil çəkdirmək istəyənlər, onunla maraqlananlar çoxdur”, – deyə N.Açın bildirib. (virtualaz.org)

İnterpress.az