Bu haqda “Bu şəhərdə”nin layihə rəhbəri, ssenarist Müşfiq Abbasov məlumat yayıb.
O deyib ki, aktyor Mərkəzi Neftçilər Xəstəxanasında əməliyyat olunub:
“3 saatlıq əməliyyat uğurla keçib, hər şey yaxşıdır. Bu üçüncü əməliyyatdır. İnşallah, elə sonuncu olar”.
C. Rəhimov şiş xəstəliyindən əziyyət çəkir.
Xatırladaq ki, aktyor Coşqun Rəhimov hələ 2010-cu ilin noyabrında qalxanvarı vəzisindəki şişlə əlaqədar cərrahiyyə əməliyyatı olunub. Həkimlər ona ömürlük xüsusi dərman qəbul etməyi tapşırıblar.
2011-ci ilin oktyabrında isə Heydər Əliyev Sarayında çıxış zamanı Coşqunun halı proqramın ortasında pisləşmiş və o, özündən getmişdi. O zaman məlum olmuşdu ki, Coşqun bəzi hallarda həkimlərin təyin etdiyi dərmanı vaxtlı-vaxtında qəbul etmirmiş.
Sonradan o, daha bir dəfə əməliyyat olundu.(modern)
İnterpress.az