Şirvan Şəhər-Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməlliyyat tədbirləri çərçivəsində Şirvan sakini, 1969-cu il təvəllüdlü Xavəndi Bəxtiyar Sədulla oğlunun Füzuli küçəsi 8/26 ünvanında yerləşən həyətində çətənə kolları əkdiyi müəyyənləşdirilib. Həyətyanı sahəyə baxış keçirilərkən orada yerləşən istixanada və yarımtikilidə 15 ədəd 1,5 və 2 metr hündürlükdə xüsusi qulluq göstərilmiş narkotik tərkibli çətənə kolları aşkar edilib.
Faktla bağlı cinayət işi başlanıb.
İnterpress.az