İsmayıllı sakini qətlə yetirilibbackend

İsmayıllı sakini qətlə yetirilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hadisə bu gün axşam saat 20:00 radələrində rayonun Topçu kəndində qeydə alınıb. Kənd sakini 1976-cı il təvəllüdlü Feyzullayev Hikmət Kazım oğlu çoxsaylı bıçaq xəsarətləri ilə İsmayıllı rayon Mərkəzi Xəstəxanasının cərrahiyyə şöbəsinə yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb. Hazırda rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir. Hadisəni törədən şəxsin kimliyi müəyyənləşdirilir. Qətlin hansı səbəbdən törədildiyi hələ ki, məlum deyil.

Faktla bağlı İsmayıllı rayon Prokurorluğu tərəfindən araşdırma aparılır. (apa)

İnterpress.az