Federal axtarışda olan vətəndaş tutulubbackend

Federal axtarışda olan vətəndaş tutulub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu barədə Rusiya Federal Təhlükəsizlik Xidmətinin regional bürosunun mətbuat xidməti məlumat yayıb.

Seymur Fəttayev federal axtarışa 2013-cü ildə verilib. O, Cinayət Məcəlləsinin 228-ci maddəsinin 2-ci hissəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli bilinir.

İstintaqın fərziyyəsinə görə, Azərbaycan vətəndaşı mütəşəkkil cinayətkar qrupun tərkibində xüsusi iri həcmdə narkotik maddənin – 3,475 kq. heroinin satışında iştirak edib.

Murmansk şəhəri Oktyabrsk rayon məhkəməsinin qərarı ilə Seymur Fəttayev barəsində həbs qətimkan tədbiri seçilib. Yaxın vaxtlarda onun cinayət işi çərçivəsində əməliyyat-istintaq tədbirlərinin davam etdirilməsi üçün Çita şəhərinə göndəriləcəyi gözlənilir. (report)

İnterpress.az