Bu xarici şirkətlər Azərbaycanı tərk edirbackend

Bu xarici şirkətlər Azərbaycanı tərk edir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu barədə İnterpress.az Vergilər Nazirliyinə istinadən xəbər verir.

Nümayəndəliyini bağlayan şirkətlərdən biri “China Geo-Engineering Corporation İnternational” MMC-dir. Kreditorlar tələblərini Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti,15, məhəllə 1212 ünvanına bildirə bilərlər.

Azərbaycanı tərk edən 2-ci şirkət Böyük Britaniyaya məxsus “Cadbury CIS B.V.”-dir. Kreditorlar 2 ay ərzində tələblərini Bakı şəhəri, Neftçilər prospekti 153, “Port Baku Taures” Biznes Mərkəzi (Cənub Qülləsi), 9-cu mərtəbə ünvanına bildirə bilərlər.

Bundan başqa, Türkiyəyə məxsus “Elit” MMC Azərbaycanda filialının ləğv olunduğunu elan edib. Kreditorlar tələblərini Bakı şəhəri, Səbail rayonu, Məmməd Əfəndiyev küçəsi, mənzil 3 ünvanına bildirə bilərlər.

İnterpress.az