Tələbələr məcburi soyundurulub-Dekan işdən qovuldubackend

Tələbələr məcburi soyundurulub-Dekan işdən qovuldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az Rusiya mətbuatına istinadən xəbər verir ki, dünən Rusiyanın Kemerovada keçirilən tədbirlərin birində birinci kurs tələbələrini lüt soyunduran yuxarı kur tələbələri ölkə vətəndaşlarının qəzəbinə səbəb olmuşdu.
Sosial şəbəkələrdə paylaşılan fotoşəkillərdən sonra mətbuatda da geniş yer alan bu hadisədən sonra gözlər hüquq mühafizə organlarına və universitet rəhbərliyinə çevrildi. Lakin bu qurumlardan hər hansı bir açıqlama gəlməmişdi.
Hazırda baş vermiş hadisə ilə bağlı rəsmi yoxlamalar təşkil olunub.
“Xöşagəlməz hadisə ilə bağlı komissiya üzvləri təyin olunub, intensiv araşdırmalara aparılır”- bunu jurnalistlərə universitetin nümayəndəsi Maria Venediktova bildirib. Bundan əlavə, bu gün iniversitetin tarix fakultəsinin dekanı Konstantin Yumatov İşdən qovulub, eləcə də hadisə ilə bağlı dekan müavini Aleksey və Roman Adamenko istefa ediblər.
Məlum olub ki, birnci kurs tələbələri keçirilən mərasimdə məcburən lüt soyundurublar.

İnterpress.az