Nardaran hadisələrinə görə həbs edilənlərin məhkəməsi olubbackend

Nardaran hadisələrinə görə həbs edilənlərin məhkəməsi olub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Musavat.com-un məlumatına görə, hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin (BMCMİ) əməliyyatçısı Üzeyir Salahov ifadə verib.

O, həm şahid, həm də zərərçəkmiş şəxs qismində ifadə verib.

O, ilk olaraq Nardaranda əməliyyatın keçirilməsi haqda danışıb. Qeyd edib ki, onlara Nardaranda əməliyyat keçiriləcəyi ilə bağlı məlumat alıblar.

Ü.Salahov əməliyyat zamanı silahlı qarşıdurma zamanı ölən Fərahim Bünyatovu zərərsizləşdirdiyini söyləyib: \”Mən onu zərərsizləşdirəndə bədənində xəsarətlər var idi. Biz ona xəsarət yetirməmişik\”.

Suallara cavab verən əməliyyatçı Fərahim Bünyatovun hansı səbəblərdən xəsarət aldığını bilmədiyini söyləyib.

Şahid mənəvi zərər çəkdiyini və bunun üçün də zərərçəkmiş kimi tanındığını qeyd edib.

Əməliyyatçı onu da əlavə edib ki, əməliyyat zamanı ilk atəşi Nardarandakı evdə olan şəxslər açıb: \”Onlar atəş açdı. Biz də cavab atəşi açdıq. Ancaq hədəfi görə bilmirdim. Əməliyyatda polis əməkdaşlarının – Vüqar Nəsibovun və İsmayıl Tağıyevin yaralandığını gördüm\”.

Xatırladaq ki, adları çəkilən hər iki polis əməkdaşı dünyasını dəyişib.

Məhkəmə prosesi günün ikinci yarısından sonra davam etdiriləcək.

İnterpress.az