Azyaşlını xilas edən həkim mükafatlandırıldıbackend

Azyaşlını xilas edən həkim mükafatlandırıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu barədə İnterpress.az-a Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Belə ki, 07.09.2016-cı il tarixində Sumqayıt Səhiyyə Şöbəsində mükafatın rəsmi təqdimatına dair tədbir təşkil olunub.

İclasda hadisənin təfərrüatları vurğulanmışdır. Qeyd olunmuşdur ki, həkim Ç.Cahangirova bu ilin 25 avqust tarixində hündürmərtəbəli binanın yanından keçərkən balaca bir uşağın yuxarı mərtəbələrdən birinin balkonundan aşağı sallandığını görüb.

Qısa bir an içərisində həkim uşağın təxmini düşəcəyi yeri aydınlaşdıraraq ora atılıb. Elə bu zaman sürətlə aşağı enən uşaq 4-cü mərtəbədəki asqı ipindən yapışaraq bir qədər ləngiyib və sonra yenidən aşağıda duran həkimin qucağına düşüb.

Ç.Cahangirova 4 ildir Sumqayıt şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasında çağırışçı həkim kimi fəaliyyət göstərir.

Gülşanə Mustafayeva
İnterpress.az