Nazir müavini bildirib ki, bu məsələ Səhiyyə Nazirliyinin diqqət mərkəzindədir.
Onun sözlərinə görə, ana, uşaq ölümü, orta yaş ömrü ölkənin önəmli göstəricilərindən biridir:
“Ona görə də bu məsələ Səhiyyə Nazirliyinin də diqqət mərkəzindədir ki, belə hallar olmasın. Bunun aradan götürülməsi üçün önəmli məsələlərdən biri maddi-texniki bazanın yaxşılaşdırılması, tibb müəssisələrinin müasirləşdirilməsi, kadr hazırlığından ibarətdir. Bu istiqamətdə də daima işlər görülür\”.
İnterpress.az