Bu gün Bakı şəhəri, Binəqədi rayonunda vətəndaşa məxsus ümumi sahəsi 200 m² olan ikimərtəbəli 6 otaqlı evin hamam otağında 1 ədəd paltaryuyan, plastik materialdan ibarət vanna və lambirdən ibarət tavan 5 m² sahədə yanıb.
Interpress.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, evin digər hissələri yanğından mühafizə olunub. Yanğın saat 05:14-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Interpress.az