Bu haqda “Azəravtoyol” ASC-dən İnterpress.az-a verilən məlumatda bildirilib.
Belə ki, “Range Rover Vogue” markalı avtomobilin sürücüsü idarəetməni itirərək avtomobili aşırıb, nəticədə avtonəqliyyat vasitəsi piyada keçidinə düşüb.
Baş vermiş qəza zamanı yol təsərrüfatına ilkin hesablamalara görə 8000 manat ziyan dəyib. Dəymiş ziyanla bağlı fakt aktlaşdırılaraq, aidiyyatı üzrə göndərilib.
İnterpress.az