“Belə ədalətsiz qərar gözləmirdik…” – Mirşahinbackend

“Belə ədalətsiz qərar gözləmirdik…” – Mirşahin

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Teleradio Şurasının radionun lisenziyasına xitam verilməsi barədə 18 iyul 2016-cı il tarixli qərarının ləğvini və 1 milyon təzminat tələb edən “ANS ÇM”in iddiasına hakim Müseyib Bayramovun sədrliyilə baxılıb.
Məhkəmədə Teleradio Şurasını Nemət Cavadov, “ANS ÇM” radiosunu isə Raqif Mustafayev və Sevda Məhərrəmova təmsil edirdi.
Nemət Cavadov iddiaya etiraz edib. Bildirib ki, “Teleradio yayımı haqqında” qanuna əsasən, il ərzində 3 dəfə pozuntuya görə sanksiya tətbiq olunduqda lisenziyaya xitam verilə bilər.
Raqif Mustafayev isə bu arqumentlə razılaşmır. Deyir ki, iyunda qəbul olunmuş “Lisenziya və icazələr haqqında” qanuna görə, lisenziyaları verib-almaq səlahiyyəti İqtisadiyyat Nazirliyinə verilib: “Bu qanun açıq-aşkar göstərir ki, Teleradio Şurasının “ANS ÇM”in lisenziyasına xitam vermək səlahiyyəti yoxdur”.
N.Cavadov isə deyir ki, “Lisenziya və icazələr haqqında” qanunun qəbulu “Teleradio yayımı haqqında” qanunu qüvvədən salmayıb: “Həmin qanuna görə Milli Televiziya və Radio Şurasının belə bir qərarı var. Teleradio yayımı sahəsində lisenziya sırf müsabiqə əsasında verilir. Müsabiqəni keçirən orqan da Milli Televiziya və Radio Şurasıdı. İqtisadiyyat Nazirliyi tərəfindən lisenziyaların reyestri aparılır”.
Sevda Məhərrəmova isə qeyd edib ki, “Lisenziya və icazələr haqqında” qanuna 1 saylı əlavədə televiziya və radio yayımına lisenziyanın İqtisadiyyat Nazirliyi tərəfindən verildiyi yazılıb.
“ANS ÇM”in nümayəndələri həmçinin iddia üzrə qərar qəbul olunana qədər müvəqqəti xarakterli müdafiə tədbiri kimi, radionun yayımın bərpa edilməsi, radio ilə reklam və sponsorluğa dair müqaviləsi olan “ANS Commerce” şirkətinin üçüncü şəxs qismində bu işə cəlb olunması barədə vəsatətlər qaldırıblar.
Teleradio Şurasının nümayəndəsi vəsatətlərə etiraz edib: “ANS ÇM”in 75 şirkətlə reklam müqaviləsi olsa, onların hamısı bu işə cəlb olunmalıdı? Vəsatətlər əsassızdı, təmin olunmasın”.
Bundan sonra hakim Müseyib Bayramov müşavirəyə gedib. Bir neçə dəqiqə sonra geri qayıdaraq, vəsatətlərin təmin olunmadığını elan edib. Hakim həmçinin iddia üzrə yekun qərarı da açıqlayıb. Məlum olub ki, iddia 1 milyonluq təzminat hissəsində ümumiyyətlə, mümkünsüz sayılıb. Digər hissələrdə də iddia təmin olunmayıb.
Mirşahin Ağayev bildirib ki, qərardan apellyasiya şikayəti veriləcək.

İnterpress.az