Elman Rüstəmov kredit faizlərini artırmaq fikrində deyilbackend

Elman Rüstəmov kredit faizlərini artırmaq fikrində deyil

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az bunu iqtisadçı Vüqar Bayramov bildirib.

O bildirib ki, son 10 ildə 15 faizlik dərəcə yalnız bir dəfə, 2008-ci ilin iyununda qeydə alınıb:

“Mərkəzi Bank uçot dərəcəsini 9,5 faizdən 15 faizə yüksəldib. Amma cəmi 4 aydan sonra Mərkəzi Bank həmin dərəcəni yenidən 3 faiz bənd aşağı salmışdı. Bu milli valyuta ilə yığımlara daha çox divident ödənişi deməkdir. Amma baş bank daha bahalı mərkəzləşdirilmiş kreditlər də təklif edəcək”.

İqtisadçının sözlərinə görə, bu eyni zamanda qorunan əmanətlərdə sığortalanan faiz dərəcələrinin dəyişdirilməsini bir daha da aktuallaşdırıb:

“Dollarla 3, milli valyuta ilə 12 faizədək divident təklif edən əmanətlərin sığortalanması, banklar müflis olan zaman qorunmayan əmanətlərin məbləğini artırmaqla yanaşı, onların geri ödənilməsini mümkünsüz edir.

Bu, manatla yüksək faizli depozit saxlayanların faiz gəlirini artır. Həmçinin, onların qorunmasına və bank müflis olduğu halda batmasına deyil, geri qaytarılmasına gətirib çıxara bilər. İstehlak və mikro kreditlərin maksimum faiz dərəcələri uyğun olaraq 29 və 25 faiz olaraq məhdudlaşdırıldığı üçün bu təklifin qəbul edilməsi kredit faizlərinin yüksəlməsinə səbəb olmayacaq.

Sadəcə əhalinin daha çox əmanətlərinin dövlət tərəfindən qorunmasına imkan verəcək”.

İnterpress.az