Ermənilər atəşkəsi 25 dəfə pozubbackend

Ermənilər atəşkəsi 25 dəfə pozub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Müdafiə Nazirliyinin mətbuat xidmətindən İnterpress.az-a verilən məlumata görə, Ermənistan ordusu bu ölkənin Noyemberyan rayonunun Barekamavan kəndində yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin Qazax rayonunun Bala Cəfərli kəndində yerləşən mövqelərini atəşə tutub.

İşğalçılar Ağdam rayonunun Cəvahirli, Tərtər rayonunun Çiləbürt, Füzuli rayonunun Qaraxanbəyli kəndləri yaxınlığında, həmçinin Goranboy, Xocavənd və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərindən də Azərbaycan ordusunun mövqelərini atəşə məruz qoyub.

İnterpress.az